14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeUncategorizedQardabanidə Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

Qardabanidə Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar “Yerin tarixi – protoplanetdən mavi planetə” adlı tədbir keçirilib. Məktəb şagirdləri və tələbələr arasında ekoloji maarifləndirməni artırmaq və sağlam ətraf mühit yaratmaq məqsədilə keçirilən tədbirdə ekoloji problemlərə diqqət cəlb edilib.

Tədbirdə çıxış edən Qardabani Təhsil və İnteqrasiya mərkəzinin direktoru Çiçək Hüseynova Beynəlxalq Yer Kürəsi Gününün tarixi haqqında məlumat verib, sağlam mühit yaratmaq üçün cəmiyyətin birgə fəaliyyətinin önəmindən danışıb.

Daha sonra şagird və tələbələr ətraf mühitin mühafizəsi, yerin inkişaf tarixi və mavi planetin müasir çağırışları mövzusunda fikir mübadiləsi aparıblar.

Sağlam ətraf mühitdən bəhs edən qısametrajlı filmi izləyəndən sonra tədbir iştirakçıları təmizlik aksiyasına qoşulub və Mərkəzin həyətində ağaclar əkiblər.

Qeyd edək ki, Beynəlxalq Yer Kürəsi Günün builki mövzusu “Plastiksiz Planet”dir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments