NHK Trophy — 1979-cu ildən etibarən Yaponiyada keçirilən açıq beynəlxalq fiqurlu konkisürmə yarışlarıdır.
Regionpress.ge xəbər verir ki, Gürcüstanlı fiqurlu konkisürənlər Anastasya Metelkina və Luka Berulava NHK Trophy-nin növbəti mərhələsində idman cütlükləri arasında sensasiyalı qələbə qazanıblar.
Fiqurlu konkisürənlər məcburi və sərbəst proqramda ümumilikdə 213,05 xal toplayaraq mərhələnin favoritləri, dünya çempionları olan yaponiyalı Riku Miura və Ryuici Kiharanı geridə qoyaraq birinci yeri tutublar.


