10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeDünyaSuriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək

Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək

Suriya münaqişəsinin həlli üzrə Astana formatında sammit 2025-ci ildə Rusiyada keçiriləcək. 

Regionpress.ge xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“2025-ci ildə biz bu görüşün tam hüquqlu olaraq Rusiya ərazisində keçiriləcəyinə ümid edə bilərik”, – deyə o bildirib. 

Lavrentiyev həmçinin qeyd edib ki, Tehranda keçirilən sonuncu analoji sammitdən artıq iki il keçib. Hazırda tərəflər 2025-ci ilin birinci yarısında görüşün keçirilməsi və bu sammiti Suriya böhranı üçün həqiqətən konkret təkliflər, təşəbbüslər və fəaliyyətlərlə zənginləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments