10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeDünyaABŞ-də kommersiya neft ehtiyatları 430 mln. barelə yaxınlaşıb

ABŞ-də kommersiya neft ehtiyatları 430 mln. barelə yaxınlaşıb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 2 089 min barel artaraq 429 747 min barel təşkil edib.

Regionpress.ge-nin məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 400 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments