ABŞ prezidenti Co Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində iştirak edəcəyi Peruya səfər edib.
Regionpress.ge xəbər verir ki, prezident kimi Bayden bu tədbirdə sonuncu dəfə iştirak edəcək.
Bayden çox güman ki, Çin prezidenti Si Cinpinlə görüşəcək. Bundan başqa, ABŞ prezidenti Yaponiyanın baş naziri və Cənubi Koreya prezidenti ilə üçtərəfli danışıqlarda iştirak edəcək.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, üçtərəfli görüşün keçirilməsində məqsəd ötən ilki görüşdən sonra əldə edilmiş tərəqqinin möhkəmləndirilməsidir.


