15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeİdmanTbilisi “Dinamo” futbol komandasının yeni baş məşqçisi kim oldu?

Tbilisi “Dinamo” futbol komandasının yeni baş məşqçisi kim oldu?

Gürcüstanın ən titullu futbol klubu Tbilisi “Dinamo”nun yeni baş məşqçisi Vladimir (Lado) Kakaşvili təyin edilib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Regionpress.ge xəbər verir ki, Kakaşvili, “Dinamo”nun baş məşqçisi vəzifəsində avstriyalı mütəxəssis Ferdinand Feldhoferi əvəz edib. Feldhoferin rəhbərliyi altında paytaxt klubu Milli Liqada yeddinci sıraya qədər enmişdi.

Kakaşvili “Dinamo”ya qayıtmazdan əvvəl “Samtredia” klubunda baş məşqçi kimi çalışırdı. Onun rəhbərliyi ilə komanda 14 oyunda iştirak edib, bunlardan dördündə qalib gəlib, dördü heç-heçə ilə başa çatıb və altısını uduzub.

2011-2024-cü illər arasında Kakaşvili “Dinamo” akademiyasında baş məşqçi kimi çalışıb. O, “Dinamo-2” ilə birlikdə Milli Liqa-2-yə vəsiqə qazanıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments