Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəliblər.
Regionpress.ge 24News-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas X sosial media hesabında məlumat paylaşıb. O qeyd edib ki, bu qərar Moskvanı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum etməyə davam edəcək.
Bundan əlavə, Avropa İttifaqı Şurasının press-relizində sanksiyaların 6 ay, 2025-ci il iyulun 31-dək uzadıldığı qeyd edilib.


