15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeUncategorizedGürcüstan DTX-na yeni rəhbər seçilib

Gürcüstan DTX-na yeni rəhbər seçilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2 aprel 2025-ci il tarixində keçirilən brifınqdə açıqlamışdır ki, DTX-in rəhbəri vəzifəsindən istefa verən Qriqol Liluaşvilinin yerinə ədliyyə naziri Anri Oxanaşvili namizəd göstərilib. Onun təyinatı parlament tərəfindən təsdiqlənəcək

Regionpress.ge xəbər portalı məlumat verir ki, bu gün 4 aprel tarixində Gürcüstan parlamentinin “Gürcü arzusu” deputatları tərəfindən Anri Oxanaşvili 6 il müddətində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib

Oxanaşvilinin keçmişi: 2024-cü ilə qədər Ədliyyə naziri vəzifəsində çalışıb , “Gürcü Arzusu” partiyasının 9-cu və 10-cu çağırış parlamentlərində deputat olub, Hüquq Məsələləri Komitəsinə rəhbərlik edib Uzun illər hüquq sahəsində təcrübəsi var, o cümlədən korrupsiyaya qarşı mübarizə və konstitusiya islahatları ilə məşğul olub. Oxanaşvilinin boşaldığı ədliyyə naziri vəzifəsinə isə Paata Salia (“Gürcü Arzusu” deputatı, keçmiş “Rustavi 2” telekanalının direktoru) təyin edilib

İstefa verən Liluaşvili isə yeni yaradılan Regional İnkişaf Nazirliyinin rəhbəri olacaq

Gürcüstan DTX-in struktur rolu: Xidmət Gürcüstanda kəşfiyyat, terrorizmə qarşı mübarizə və konstitusiya təhlükəsizliyindən cavabdehdir. Rəhbərlər 6 illik müddətə təyin olunur və iki müddətdən çox xidmət edə bilməzlər

Qeyd edək ki, Qriqol Liluaşvili 2019-cu il oktyabrından DTX-də rəhbər idi və 2025-ci ilə qədər vəzifəsini davam etdirdi. Onun istefası hökumətin “strateji kadr dəyişikliyi” çərçivəsində baş verib

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments