Regionpress.ge xəbər verir ki, Sadettin Saran klubun yeni prezidenti seçilib O, seçkidə hazırki prezident Ali Koçu məğlub edib
Ali Koçun nəticələrlə razı olmadığı və nəticələrdən şikayət edəcəyi gözlənilir. Qeyd edək ki, Ali Koçun 7 illik prezidentlik dövründə “Fənərbaxça” Türkiyə çempionu ola bilməyib
Klubun rəsmi X hesabında seçkinin nəticələri belə açıqlanıb: “Hörmətli Sadettin Saran, Fövqəladə Seçimli Ümumi Yığıncaqda topladığı 12.325 səslə klubumuzun prezidenti seçilmişdir”
Rəsmi nəticələr:
Sadettin Saran – 12.325 səs
Ali Y. Koç – 12.068 səs


