ABŞ prezidenti Donald Tramp ölkəyə üçüncü dünya dövlətlərindən miqrantların qəbulunun müvəqqəti olaraq dayandırıldığını açıqlayıb
Regionpress.ge xəbər verir ki, Prezidentin sözlərinə görə, bu addım “Amerika sisteminin normal fəaliyyətinin bərpasına” xidmət edir Tramp konkret olaraq hansı ölkələrin bu kateqoriyaya daxil olacağını deməsə də, ehtimal olunur ki, siyahıya Gürcüstan da düşə bilər
Dövlət başçısı bildirib ki, ABŞ-da yaşayan bütün qeyri-vətəndaşlar üçün federal sosial imtiyazların verilməsi tamamilə dayandırılacaq. Onun sözlərinə görə, ictimai asayişə təhlükə yaradan və ya Qərb sivilizasiyasının dəyərlərinə uyğun olmayan şəxslər ölkədən deportasiya olunacaq.“ABŞ-a fayda verməyən, ölkəmizə sevgi göstərməyən hər kəs deportasiya ediləcək. Qeyri-vətəndaşlara verilən bütün yardım və subsidiyalar ləğv olunacaq ictimai asayiş üçün təhlükə yaradan miqrantlar vətəndaşlıqdan məhrum ediləcək və ölkədən çıxarılacaq”, – Tramp bildirib
Qərar Vaşinqtonda Ağ Ev yaxınlığında baş vermiş silahlı insidentdən sonra qəbul edilib. Hadisəni ABŞ-a qeyri-qanuni yollarla gəlmiş əfqan əsilli şəxs törədib. O, Müdafiə Qüvvələrinin zabitlərinə pusqu quraraq atəş açıb
Qeyd edək ki, hücumdan sonra Tramp bütün əfqan əsilli miqrantların yenidən yoxlanılması barədə göstəriş verib.Məlumata görə, insidentin başında dayanan 29 yaşlı Ramanullah Lakanvali 2021-ci ildə qanunsuz yolla ABŞ-a daxil olub və bundan əvvəl Əfqanıstanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – CIA üçün çalışıb


