Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirləri Gürcüstana gəlir. Məqsəd isə radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır.
Bu barədə ölkənin hakim “Gürcü Arzusu” partiyası bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, onların arasında Qabrielius Landsbergis (Litva), Marqus Canka (Estoniya), Thordis Gilfadotri (İslandiya) və Baiba Braze (Latviya) yer alır. Həmçinin, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen də var.
“Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanən “Qərb kursunu” dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkatı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu faktlar var”, – deyə bəyanatda vurğulanıb.


