17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkə"Agent qanunu”na etiraz olaraq yolu bağlayan 7 nəfər cərimələnib

“Agent qanunu”na etiraz olaraq yolu bağlayan 7 nəfər cərimələnib

Tbilisi Şəhər Məhkəməsinin hakimi Koba Çaqunava mayın 2-də “Agent qanunu” aksiyası zamanı “Qəhrəmanlar meydanı”nın bağlanmasını qanun pozuntusu kimi qiymətləndirib. Bu səbəbdən o, 11 nəfəri qanun pozucusu kimi tanıyıb, 4 nəfərə şifahi xəbərdarlıq edib, 7 nəfəri isə 500 lari məbləğində cərimələyib.

Regionpress.ge məlumat verir ki, hakim iyunun 3-də bu məsələlərə baxıb və bu gün, qərarı elan edib.

Hakim partiya aprelin 3-də parlamentdə “Agentlər haqqında qanun” təşəbbüsü ilə çıxış edib. O vaxtdan bəri paytaxt küçələrində kütləvi aksiyalar keçirilir, bəzi vətəndaşlar yolu bağlayır. İki aya yaxın davam edən etiraz aksiyası zamanı polis onlarla insanı həbs edib, onların əksəriyyəti Tbilisi Şəhər Məhkəməsinin hakimləri tərəfindən cərimələnib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments