“Ailənin müqəddəsliyi günü” ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, saat 12:00-da ruhanilər və kilsə xadimləri Kaşvetidəki Müqəddəs Qiorqi kilsəsində toplanıb.
Qeyd edək ki, yürüş müxtəlif yeparxiyalarda, o cümlədən Kutaisi, Mtsxeta, Rustavi və Batumidə də planlaşdırılıb.
Xatırladaq ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2024-cü il mayın 17-si ailənin müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar bayram günü elan edilib.


