Regionpress.ge xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edərək Gürcüstan hakimiyyətinin nümayəndələrinin ünvanına səsləndirdiyi ittihamlara sərt reaksiya verib.
Nazirliyin bəyanatında qeyd olunur ki, Almaniya Xarici İşlər Nazirliyi cənab Papuaşvilinin irəli sürdüyü “əsassız ittihamları qəti şəkildə rədd edir və pisləyir”. Bildirilir ki, dezinformasiya və bölücü ritorika iki ölkə arasındakı münasibətləri pozmağa xidmət edir.
Bəyanatda həmçinin vurğulanır ki, “Gürcü arzusu”nun nümayəndələrinin Almaniya səfirinə qarşı aqressiv ritorikası qəbuledilməzdir: “Almaniya səfiri Tbilisidə federal hökumətin mövqeyini təmsil edir. Biz Gürcüstan hakimiyyətini Avropa İttifaqı və Almaniya hökumətinin siyasəti ilə bağlı yalan xəbərlər yaymağı dayandırmağa və mövcud siyasi kursunu dəyişməyə çağırırıq” – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, bu məlumatı Almaniyanın Gürcüstandakı səfirliyi özünün Facebook səhifəsində yayıb.


