8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeTexnologiyaMask “Apple” cihazlarının şirkətlərində istifadəsini qadağan edə bilər

Mask “Apple” cihazlarının şirkətlərində istifadəsini qadağan edə bilər

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sisteminə süni intellekt texnologiyaları inteqrasiya edərsə, bu cihazların şirkətlərində istifadəsini qadağan edəcək.

Regionpress.ge məlumat verir ki, bu barədə İlon Mask “X” hesabında yazıb.

“Apple əməliyyat sistemində OpenAI texnologiyasını yerləşdirirsə, onun cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”, – paylaşımda vurğulanıb.

O, həmçinin “Apple” şirkətinin icraçı direktoru Tim Kukun “X” hesabındakı postunun altında generativ süni intellekt haqqında şərh yazaraq mümkün qadağa barədə xəbərdarlıq edib.

“Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq”,- deyə Mask yazıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments