8.7 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəAvropa Şurası Gürcüstanla bağlı qətnamə qəbul etdi-DETALLAR

Avropa Şurası Gürcüstanla bağlı qətnamə qəbul etdi-DETALLAR

Avropa Şurası Parlament Assambleyası Gürcüstanda demokratiyanın çağırışlarına dair qətnamə qəbul edib.

“Avropa Şurası Parlament Assambleyası Gürcüstanda baş verən son hadisələrlə bağlı dərin narahatlığını ifadə edir və bu ölkənin beynəlxalq demokratik normalara və Avro-Atlantik inteqrasiyaya sadiqliyinə, habelə onun üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə hazır olmasına ciddi şübhələr yaradır”, – Avropa Şurasının qətnaməsində deyilir.

Sənəddə xatırladılır ki, Avropa Parlament Assambleyası Venesiya Komissiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı rəyini tam dəstəkləyir və hesab edir ki, qanun tamamilə və dərhal ləğv edilməlidir.

“Asambleya hesab edir ki, bu qanun, eləcə də onun Gürcüstan parlamenti tərəfindən qəbul edilmə tərzi Avropanın demokratik və insan haqları standartları ilə bir araya sığmır. Assambleya hesab edir ki, bu qanunun qeyri-kommersiya qurumlarının, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının və medianın maliyyə şəffaflığı ilə heç bir əlaqəsi yoxdur – Gürcüstanda artıq bunun üçün hərtərəfli qanunvericilik bazası var – gizli fəaliyyətin qarşısının alınması və zərərli xarici müdaxilə ilə heç bir əlaqəsi yoxdur. Əksinə, hökumətin vətəndaş cəmiyyəti və media üzərində həddindən artıq nəzarətinə imkan verir. Ona görə də qanun dərhal ləğv edilməlidir”, – sənəddə deyilir.

Qətnamədə həmçinin bildirilir ki, Assambleya polisin nümayişçilərə, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və parlamentarilərə qarşı həddindən artıq, qeyri-mütənasib güc tətbiqindən, zorakı hücumlardan və hədə-qorxudan dərin narahatdır. O da bildirilir ki, bu faktlar tam araşdırılmayıb və səlahiyyətli orqanlar tərəfindən lazımınca qınanmayıb və bu, belə hərəkətlərə görə cəzasızlıq mühitinin yaranmasına səbəb ola bilər.

“Asambleya bu cür hərəkətlərin demokratik cəmiyyətdə yeri olmadığını vurğulayır. Qətnamədə deyilir: “Həddindən artıq güc tətbiqi, zorakı hücumlar və hədə-qorxu kampaniyaları ilə bağlı bütün məlumatlar müvafiq orqanlar tərəfindən dərhal tam və şəffaf şəkildə araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.

Sənəd 4 əleyhinə 66 səslə qəbul edilib, 5 nümayəndə səsvermədə bitərəf qalıb. Qətnamənin müəllifləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri Klod Kern və Edit Estrelladır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments