Avropa İttifaqı liderləri bu gün və sabah Brüsseldə görüşəcək və müxtəlif məsələlərlə yanaşı,Gürcüstan haqqında da müzakirələr aparacaqlar.
Regionpress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Çarlz Mişel məlumat verib.
“Avropa Şurası beynəlxalq əlaqələrimizlə bağlı bir sıra məsələləri, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə edir. Hər iki ölkə öz Avropa yolu üçün həlledici bir mərhələ ilə qarşı-qarşıyadır,” – Şarl Mişelin Avropa Şurası üzvlərinə göndərdiyi dəvət məktubunda qeyd olunub.
Onun sözlərinə görə, əsas mövzulardan biri Ukrayna məsələsi olacaq. Avropa İttifaqının liderləri, prezident Zelenskinin təklif etdiyi “qələbə planı”nı dinləyəcək və gələcək addımları müəyyənləşdirəcəklər.
Şarl Mişelin bildirdiyinə görə, Avropa liderləri həmçinin Yaxın Şərqdəki hadisələr, miqrasiya problemi və digər mühüm mövzulara diqqət yetirəcəklər.


