13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətAvropalı parlamentarilər Gürcüstanla bağlı kəskin çıxışlar ediblər

Avropalı parlamentarilər Gürcüstanla bağlı kəskin çıxışlar ediblər

Yanvarın 21-də Avropa Parlamentində Gürcüstanla bağlı debat keçirilib.

Regionpress.ge 24News.ge-yə istinadən xəbər verir ki, Avropa Parlamentində baş tutan debatın mövzusu Gürcüstan və Belarusda “siyasi iğtişaşlar və davam edən repressiya” olub.

Debatlarda çıxış edən Avroparlamentariləri Gürcüstanla bağlı kəskin çıxışlar ediblər.

Richards Kols deyib ki, “Gürcü kabusu” partiyası bütün öhdəliklərindən imtina etdi, gürcü xalqı Avropa yoluna nifrət edənlərin mərhəmətinə buraxılmamalıdır – rejim demokratiyaya xor baxır.

Malqorzata Qoşiyevska öz çıxışında bildirib ki, İvanişviliyə qarşı sanksiyalar, Gürcüstanın hazırkı hökuməti və parlamentinin beynəlxalq təcrid olunması tələb edilməlidir.

Maqnus Bruner isə Gürcüstan rəsmilərini Gürcüstan cəmiyyətinin yeni seçkilərin keçirilməsi ilə bağlı çağırışını nəzərə almağa çağırış edib.

Qeyd edək ki, debat zamanı Avropa Parlamentinin bəzi deputatları Gürcüstan hökumətini dəstəkləyib və indi Gürcüstanın Aİ ölkələrinin dəstəyinə ehtiyacı olduğunu bildiriblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments