17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəAzərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi

20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi ediləcək.

Regionpress.ge xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. Buna baxmayaraq, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsində Azerbaycan ordusu Zəfər qazanıb. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.
“Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”, – deyə Sərəncamda qeyd edilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments