8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeElm və TəhsilAzərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və...

Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və dərs vəsaiti göndərib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 2024-2025-ci tədris ili üçün dərslik və metodik vəsaitlər göndərib.

Dərs vəsaitləri sentyabrın 24-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Xatırladaq ki, Azərbaycan qonşu ölkədəki soydaşlarımızı dərsliklərlə 1994-cü ildən etibarən təmin edir. Bu günədək Gürcüstana 650 mindən çox dərslik və digər metodik vəsaitlər çatdırılıb.

Gürcüstan Təhsil və Elm Nazirliyinin məsul əməkdaşı Kaxa Xandolişvili jurnalistlərə müsahibəsində deyib ki, bu gün hər iki ölkənin müvafiq nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur.

Əldə olunmuş razılığa əsasən Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycan dili və ədəbiyyat dərslikləri, eləcə də metodik vəsaitlər göndərir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Gürcüstan dövləti ilə müvafiq işlər görür. Dərsliklərin göndərilməsi də soydaşlarımıza dəstəyin və birgə əməkdaşlığımızın nümunəsidir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments