“Alyans Gənclər Mərkəzi”nin məzunu Laşa İsabalayev Türkiyə Bursları ilə Türkiyənin ən nüfuzlu universitetlərindən birinə qəbul olub.
Gürcüstanın paytaxtı Tbilisidə anadan o olan Laşa İsabalayev, bir çox layihələrdə və rəssamlıq müsabiqələrində iştirak edərək, Alyans Gənclər Mərkəzinin həm məzunu, həm də könüllüsü kimi AGM-nin layihələrində fəaliştirak edib. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi 5-ci yay düşərgəsində iştirak edərək təcrübəsini genişləndirib.
“Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edərək, bu tədbirin xaricdəki yeni nəsil azərbaycanlıların ölkələri ilə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün müstəsna rol oynadığını xüsusilə qeyd etmə istəyirəm”,- Laşa İsabalayev söyləyir
Laşa, öz builik və bacarığı sayəsində dünyanın ən prestijli təqaüd proqramlarından biri olan Türkiyə Burslarına qəbul olub. Proses təxminən 8 ay davam edib. İlk mərhələdə tələb olunan sənədlərin təqdim edilməsindən sonra, 3 ay sonra həyəcanlı müsahibə mərhələsi başlayıb. Müsahibədə “Niyə Türkiyə?” və “Niyə sizi seçməliyik?” “Niyə Memarlıq” sualları ilə yanaşı, onun akademik göstəriciləri, məktəb qiymətinin 9.70 olması və əl bacarıqları ilə bağlı suallar verilib. Laşanın məktəbdə AGM-də aldığı bilgilər, fəal olması və könüllü tərcüməçi kimi fəaliyyətinin də onun inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Türkiyə Bursları proqramı, onun Türkiyədəki universitet xərclərini, təqaüd, yurt, siğorta və gediş-gəliş xərclərini qarşılayır. Təqaüdü qazanmaq üçün çox çalışan gənc, özü və istedadına daim inanıb.
Laşa, Türkiyənin ən yaxşı universitetlərindən biri olan Dokuz Eylul Universitetinin Memarlıq fakultəsinə qəbul olub. Bu universiteti, Türkiyənin ən yaxşı 10 dövlət universitetindən biri və memarlıq sahəsində ən yaxşı 5 universitetdən hesab edilir.
Bundan əlavə, Laşa Gürcüstanda da tam təqaüdlə Tbilisi Dövlət Tibb Universitetinə qəbul alıb. O, Diasporla İş üzrə Dövlət Komitəsinə Gürcüstanda yaşayan soydaşlarımıza daim göstərdiyi qayğıya görə təşəkkürünü bildirib.
“Məhz Komitənin layihələrində iştirakıma görə mən bu zirvələri fəth edə bildim”,- Laşa öz sevincini bizimlə belə bölüşdü.
“Azərbaycanlı Gəncin Beynəlxalq Uğuru”
RELATED ARTICLES


