17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəBatumidə terror cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində 2 nəfər həbs edilib

Batumidə terror cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində 2 nəfər həbs edilib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror cinayəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində Batumidə 2 Gürcüstan vətəndaşını həbs edib . 

Adıçəkilən şəxslərin yaşadıqları ünvandan qanunsuz saxlanılan odlu silah və döyüş sursatı: avtomat silahlar, tapançalar və əl qumbaraları aşkar edilib. Həmçinin, mövcud məlumata görə,  ərazidə İslam Dövləti terror təşkilatının rəmzləri olan bayraqlar və araşdırma üçün vacib olan müxtəlif növ sübutlar aşkar edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzində Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək və 10 ildən 17 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 236 və 328-ci maddələri ilə araşdırma aparılır. Eyni zamanda, həbs edilən şəxslərin “İslam Dövləti” terror təşkilatı ilə  əlaqələrinin müəyyən edilməsi məqsədilə antiterror tədbirləri fəal şəkildə həyata keçirilir .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments