“Demokratik bir dövlətdə 12 il ərzində eyni hakimiyyəti seçmək çox çətindir… Artıq öz soyadımın eşidilməsi mənim özümə də yorucu oldu”.
Regionpress.ge xəbər verir ki, bu sözləri “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “İmediTv”yə müsahibəsində söyləyib.
“Əgər şişi kəsməsən, o yayılacaq… bir vaxt gələcək ki, bədən zəifləyəcək – yəqin ki, xalq da artıq ‘Gürcü Arzusu’ndan bezib… Demokratik bir dövlətdə 12 il ərzində eyni hakimiyyəti seçmək çox çətindir… artıq öz soyadımın eşidilməsi mənim özümə də yorucu oldu” , – Bidzina İvanişvili qeyd edib.


