6.6 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeElm və TəhsilBolnisi munisipaletinin Xidiskuri kəndində yerləşən “Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş...

Bolnisi munisipaletinin Xidiskuri kəndində yerləşən “Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş gənclərin böyük əksəriyyəti Vahid Milli imtahanlardan yüksək nəticə əldə ediblər.

Həm universitetlərə qəbul, həm də sınaq imtahanları verən uğurla verən şagirdlər mükəmməl bacarıq nümayiş etdiriblər . Təhsil Mərkəzində riyaziyyat və məntiq fənlərindən hazırlıq kursları keçmiş gənclərdən biri də Gövhər Rəhimovadır. Onun sözlərinə görə imtahan həyəcanı olsa da özünəinam güclü olub və yüksək bal toplayacağına əmin olub. Gövhər imtahana məsuliyyətlə hazırlaşdığını bildirərək ona dəstək olan riyaziyyat müəllimi Araz Musayevə təşəkkürünü bildirib .Yüksək bal toplayan abituriyentlərdən biri də Günel Yusifovadır. Günel imtahan zamanı çox həyəcanlı olmasını vurğuladı.O buna baxmayaraq “özünə inamım güclü idi” deyib. O il boyu imtahana ciddi hazırlaşdığını və yüksək bal toplamasında Araz müəllimin böyük zəhməti olduğunu bildirib.Veysəl Mahmudov “ imtahana məsuliyyətlə hazırlaşmışdım və imtahan zamanı özünü rahat hiss etdiyini, yüksək bal toplayacağıma inanırdım” deyib.Gənclər həyatlarında ilk uğura imza atmalarında onlara mənəvi dəstək olmuş müəllimlərin – “Parlaq Gələcək” Gənclər Mərkəzinin böyük rol oynadığını bildiriblər.
Mərkəzin məzunları Parlaq Gələcək Gənclər Mərkəzinə və müəllimlərinə əvəzsiz zəhmətlərinə görə minnətdarlıqlarını bildiriblər.
Parlaq Gələcək Gənclər Mərkəzində riyaziyyat və məntiq fənlərindən hazırlıq kursları keçmiş və imtahandan yüksək bal toplayan abituriyentlər
Gövhər Rəhimova 70
Veysəl Mahmudov 60
Günel Yusifova 60
Mərziyyə Yusifova 58
Fərid Əbdürəhmanov 58
Aliyə Əliyeva 57
Cavid Məmmədov 56
Günel Sədiyeva 54
Murad Abbasov 52
İbrahim Nəsibov 50
Aydan Yusifova 50
Ramik Məmmədov 47
Nurlan Hüseynov 46
Nərqiz Məmmədova 44
Sona Həmidova 42
Vəsilə Əliyeva 41
Ülviyyə Məmmədova 41
Geyd etmək lazımdır ki, Parlaq Gələcək Gənclər Mərkəzində riyaziyyat dərsləri Araz Musayev və Əhmədalı Babaşov, məntiq fənni isə Şahvələd Nəbiyev tərəfindən tədris olunub. Demək olar ki, cari ildə Bolnisi munisipaletinin Xidiskuri kəndində yerləşən “Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş gənclərin Vahid Milli imtahanlardan yüksək nəticə əldə edib tələbə adı qazanması 100 faiz yerinə yeririlib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments