Marneulidə təbii fəlakətdən zərər çəkən ailələrə kompensasiya veriləcək
Gürcüstanın 7 bələdiyyəsində təbii fəlakətdən zərər çəkmiş ailələrə dövlət təzminat olaraq 2000 lari verəcək.
Regionpress.ge məlumat verir ki, bu barədə hökumətin 11 iyul tarixli fərmanında qeyd olunub.
Sənədə əsasən, may ayında baş vermiş təbii fəlakətdən zərər çəkmiş 293 ailəyə birdəfəlik kompensasiya verilməsi məqsədilə hökumətin ehtiyat fondundan bələdiyyələrə ümumilikdə 586 min lari ayrılıb, burada ən çox məbləği Kurti bələdiyyəsi üçün nəzərdə tutulub.
Təbii fəlakətdən zərər çəkənlər üçün bələdiyyələrə ayrılan vəsaitlər aşağıdakı kimidir:
Kurti Bələdiyyəsi – 212 000 lari;
Axalqori Bələdiyyəsi – 192 000 lari;
Marneuli Bələdiyyəsi – 94 000 lari;
Tiğvi Bələdiyyəsi – 40 000 lari;
Eredvi bələdiyyəsi – 24 000 lari;
Tetritskaro Bələdiyyəsi – 18 000 lari;
Bolnisi bələdiyyəsi – 6000 lari.
Aktual


