20 sentyabr gecə saatlarında Bolnisi rayonunun Kolayır kəndində “Lelo-Güclü Gürcüstan” partiyasının proporsional namizədi Nürəddin Nəbiyevin təbliğat məqsədilə yerləşdirilmiş şəkilləri zədələnib
Regionpress.ge xəbər verir ki, partiyanın Bolnisi üzrə proporsional siyahıdan 2-ci yerdə olan namizəd Nürəddin Nəbiyev regionpress-lə telefon danışığında bildirib ki, gecə saatlarında 10-dan artıq plakat tamamilə cırılaraq atılıb və ya ciddi zədələnib
Nəbiyev qeyd edib ki, şəkilləri kimin və ya kimlərin zədələdiyini bilmir məsələni diqqətdə saxlayacağını xüsusi qeyd edib
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 4 oktyabr tarixində keçiriləcək. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası ilə yanaşı, bir sıra müxalifət partiyaları da iştirak edir. Onların arasında “Lelo-Güclü Gürcüstan” və “Qaxaria–Gürcüstan naminə” partiyaları da yer alır
Qeyd edək ki, hakim “Gürcü arzusu” partiyasının Bolnisidən mer namizədi Zamur Çitanava, müxalifətdən isə “Lelo-Güclü Gürcüstan” partiyasının namizədi, Qoçulu kəndindən olan gənc Asəf Çiraqovdur




