11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeCəmiyyətBolnisidə “Sabaoba 2024” xalq festivalı keçirilib

Bolnisidə “Sabaoba 2024” xalq festivalı keçirilib

29 iyun tarixində Bolnisi rayonunun Danziya kəndində böyük yazıçı, alim və diplomat Sulxan Saba Orbelianinin doğumundan keçən 366 il münasibəti ilə “Sabaoba 2024” xalq festivalı keçirilib.

Festivalda qonaqlar gürcü döyüş sənətinin nümayiş etdirib, eləcə də yerli yaradıcı qrupların iştirakı ilə rəqslər və mahnılar ifa ediblər.

Festival çərçivəsində, həmçinin yerli məhsullar və sənətkarların əl işlərinin sərgi-satışı da təşkil olunub.

Qeyd edək ki, bu il Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvilinin təşəbbüsü ilə, ənənə halını almış, fərqlənən şagirdlərə mukafatlar verilib.

Bolnisi rayonu üzrə hədiyyə ilə təltif olunan şagirdlərdən 3-ü azərbaycanlı idi. Həsənxocalı kəndində fəaliyyət göstərən “Parlaq gələcək” Gənclər Mərkəzinin fəal üzvləri Günel Yusifova, Günel Sədiyeva və Bolnisi rayonunun Arxılı kənd sakini Səma Yusifova tədris ili ərzində yüksək qiymətlər aldıqlarına görə xüsusi mükafata layiq görülüblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments