Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə 9, 10 və 11-ci sinif şagirdləri, eləcə də abituriyentlər üçün “1+4 Proqramı” üzrə sınaq imtahanı təşkil olunacaq
Regionpress.ge xəbər verir ki, İmtahan 22 aprel 2026-cı il tarixində, saat 14:00-da keçiriləcək mərkəzdən bildirilib ki, imtahan sualları peşəkar və təcrübəli riyaziyyat və məntiq müəllimi Leyla Əliyeva tərəfindən hazırlanaraq qəbul imtahanı formatına uyğunlaşdırılıb. iştirakçılardan imtahanın başlanmasına 10 dəqiqə qalmış, yəni saat 13:50-də imtahan yerində olmaları tələb olunur
İmtahanın müddəti 3 saat təşkil edir və iştirak ödənişlidir (10 lari) qeydiyyat 18 aprel – 21 aprel tarixlərini əhatə edir və iştirak etmək istəyənlər üçün qeydiyyat formasını doldurmaq məcburidir:
Qeydiyyat linki
İmtahan Bolnisi şəhəri, Sulxan-Saba Orbeliani küçəsi 105 (Liberty Bankın yanı) ünvanında, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində keçiriləcək.
Əlavə məlumat üçün əlaqə vasitələri:
📧 E-mail: qhimbolnisi@gmail.com
📱 Telefon: +995 557 73 28 55


