Vətəndaşların gediş-gəlişini asanlaşdırmaq üçün Samtredo kəndində yeni beton yol çəkilib.
Regionpress.ge bildirir ki, bu barədə Bolnisi meriyası bu barədə məlumat verib.
Qeyd edilib ki, layihə çərçivəsində kəndə 404 uzun metr beton yol döşənib, drenaj şəbəkəsi təşkil olunub.
Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili birinci müavin Buba Qobejişvili və Bolnisi Bələdiyyə Şurası sədrinin birinci müavini Giorgi Mirianaşvili ilə birlikdə Samtredo kəndində daxili yol tikintisinin başa çatmış layihəsinə baş çəkiblər.
Layihə çərçivəsində kənddə 404 uzun metr beton yol çəkilib. Həmçinin, drenaj şəbəkəsi də təşkil olunub.
İnfrastruktur layihəsi regionlarda həyata keçiriləcək layihələrin fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir və dəyəri 300 000 lari təşkil edib.


