1995-ci il avqustun 24-də Gürcüstan Respublikasının Parlamenti İmeli adlanan binada keçirilən iclasda 159 lehinə, 8 əleyhinə səslə ölkənin əsas qanunu – Konstitusiya qəbul edilib.
Gürcüstan parlamenti rəsmi “Facebook” səhifəsində vətəndaşları Konstitusiya Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, Konstitusiyanın qəbulundan bu günə qədər sənədə 30-dan çox əlavə və dəyişiklik edilib. Ən əhatəli islahatlar 2004 və 2010-cu illərdə aparılıb. 2013-cü ildə qüvvəyə minən düzəlişlər isə dövlət idarəçiliyi sistemində mühüm dəyişikliklərə səbəb olub.
Həmin dəyişikliklərlə Gürcüstan yarı-prezident respublikası modelinə keçib. Prezidentin səlahiyyətləri məhdudlaşdırılıb və o, artıq hökumətin başçısı statusunu itirib.


