8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəBu gün seçki məntəqəsində hansı prosedurlardan keçməli olacaqsınız? 

Bu gün seçki məntəqəsində hansı prosedurlardan keçməli olacaqsınız? 

Seçki günü seçki məntəqəsində hansı prosedurlardan keçməli olacaqsınız? – Əvvəlcə, seçki məntəqəsinin girişində sizi növbəni tənzimləyən şəxs qarşılayacaq. O, barmaqlarınızı yoxlayacaq ki, hər hansı bir işarələnmə varmı, yəni, bu və ya digər seçki məntəqəsində səs verib-vermədiyinizi təsdiqləyəcək.

Regionpress.ge xəbər portalı vətəndaşların seçki məntəqəsində hansı prosedurlardan keçməli olduğunu təqdim edir:

Bundan sonra şəxsiyyət vəsiqənizi və ya pasportunuzu təqdim etmək üçün istənilən boş registratora yaxınlaşmalısınız. Registrator isə bunu təsdiqləmə aparatında yoxlayacaq.

Şəxsiyyət vəsiqəniz və ya pasportunuz təsdiqləndikdən sonra aparat qəbz çap edəcək. Qəbzi imzalamalı və fotoda göstərilən yaşıl qapaqlı möhürlü qutuya atmalısınız.

Təsdiqləmə mərhələsindən sonra registrator sizə çərçivəli konvertlə birlikdə bülleten verəcək və bülletendə təcrübə halqasında işarə vurmağı təklif edəcək. Bu işarələmə, sonrakı səsvermə kabinəsində necə edəcəyinizi göstərir.

Registratordan bülleten aldıqdan sonra səsvermə kabinəsinə keçməlisiniz. Kabinələrdə artıq 2021-ci ilə qədər olduğu kimi pərdələr yoxdur, amma kabinə səsvermənin gizliliyini tam qoruyur və heç kim bülletendə hansı seçki subyektini işarələdiyinizi görə bilməz.

Bununla yanaşı, komissiya üzvləri və müşahidəçilər bülletenin şəklini çəkdiyiniz təqdirdə bunu asanlıqla görə biləcəklər. Xatırladaq ki, səsvermə kabinəsində foto və video çəkmək qadağandır.

Bülletendə dəstəklədiyiniz partiyanın qarşısındakı dairəni işarələdikdən sonra kabinədən çıxıb səs sayan elektron aparata yaxınlaşırsınız. Bülleteninizi bu aparata yerləşdirməlisiniz və ekranda səsinizin qəbul edildiyi yazısını gözləməlisiniz.

Səs sayan elektron aparata bülleteninizi yerləşdirdikdən sonra seçki məntəqəsindən çıxa bilərsiniz.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments