Bu gün Vaşinqtonda NATO-nun üç günlük sammiti başlayır. Alyansın baş katibi Yens Stoltenberq sammitdə çıxış edərək bildirib ki, Ukraynaya dəstək NATO-nun ən aktual vəzifəsi olacaq.
“Ümid edirəm ki, dövlət və hökumət başçıları Ukrayna üçün vacib paket üzərində razılığa gələcəklər”, – Stoltenberq bildirib.
Onun sözlərinə görə, müttəfiqlər Ukraynanın maliyyə öhdəliyi ilə bağlı razılığa gələcəklər və o, həmçinin Ukraynaya daha təcili hərbi yardım, daha çox ikitərəfli təhlükəsizlik sazişləri və gücləndirilmiş hərbi qarşılıqlı fəaliyyət üzərində iş gözləyir. Alyansın baş katibi vurğulayıb ki, bütün bu elementlər “NATO-ya üzvlük üçün körpü və sammitdə Ukrayna üçün çox güclü paket yaradır”. “Ukrayna NATO-ya yaxınlaşır”, – Stoltenberq əlavə edib.


