Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, “Gürcüstan vətəndaşlarına və Gürcüstanda yaşayan əcnəbilərə qeydiyyat, şəxsiyyət (yaşayış) şəhadətnamələrinin və pasportlarının verilməsi qaydası haqqında” Gürcüstan Qanununa edilən dəyişikliyə əsasən 28 iyul 2011-ci ilə qədər verilən qeyri elektron şəxsiyyət vəsiqələrindən istifadə 1 iyul 2024-ci ildən etibarən istifadəsi dayandırlacaq
Ədliyyə Nazirliyi 2024-cü il martın 15-dən qeyri-elektron şəxsiyyət vəsiqəsinin sahibləri üçün şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri ilə #pulsuz dəyişdirilməsini təmin edəcək.
28 iyul 2011-ci il tarixinədək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqəsi ilə pulsuz əvəz edilməsi üçün bütün ölkə üzrə ədliyyə evlərinə və səyyar ədliyyə mərkəzlərinə müraciət edə bilərsiniz


