9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəBütün Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib

Bütün Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib

Hazırda mövcud olan məlumata görə, bütün Gürcüstan üzrə parlament seçkilərində seçicilərin fəallığı 2 060 412 nəfər olub.

Regionpress.ge xəbər verir ki, bu barədə MSK-nın sözçüsü Natia İoseliani jurnalistlərə bildirib.

Natia İoselianinin sözlərinə görə, bu, yekun nəticə deyil, çünki hələ 5 məntəqədən məlumat almaq mümkün olmayıb.

“Hazırki məlumatlara görə, Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib ki, bu da ümumi seçicilərin 58,94%-ni təşkil edir. Bu, yekun nəticə deyil, indiyədək Gürcüstanın dağlıq bölgəsinin 5 məntəqəsindən məlumat almaq mümkün olmayıb”, – deyə o bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments