Hazırda mövcud olan məlumata görə, bütün Gürcüstan üzrə parlament seçkilərində seçicilərin fəallığı 2 060 412 nəfər olub.
Regionpress.ge xəbər verir ki, bu barədə MSK-nın sözçüsü Natia İoseliani jurnalistlərə bildirib.
Natia İoselianinin sözlərinə görə, bu, yekun nəticə deyil, çünki hələ 5 məntəqədən məlumat almaq mümkün olmayıb.
“Hazırki məlumatlara görə, Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib ki, bu da ümumi seçicilərin 58,94%-ni təşkil edir. Bu, yekun nəticə deyil, indiyədək Gürcüstanın dağlıq bölgəsinin 5 məntəqəsindən məlumat almaq mümkün olmayıb”, – deyə o bildirib.


