17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəDaxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti

Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti

Gözlənilən sıxlıqla əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşları şəxsi avtomobillərlə hərəkətdən çəkinməyə çağırır.

Regionpress.ge xəbər verir ki, bu gün, oktyabrın 23-də “Gürcü arzusu”nun seçkiqabağı yekun tədbiri ilə əlaqədar Daxili İşlər Nazirliyi Tbilisinin bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə bəyanat yayıb.

“İctimaiyyətə məlum olduğu kimi, oktyabrın 23-də Tbilisidə “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi partiyasının seçkiqabağı yekun tədbiri planlaşdırılır. Tədbir ilə əlaqədar Tbilisinin bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müəyyən müddətə məhdudlaşdırılıb. “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından verilən məlumata görə, tədbirə paytaxtda yaşayan vətəndaşlarla yanaşı, bölgələrdən də qatılacaq, bu səbəbdən planlaşdırılan görüş geniş miqyaslı olacaq.

İctimai asayişin qorunması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları hadisə yerinə və ətraf ərazilərə səfərbər olunacaqlar. Gözlənilən sıxlıq səbəbindən vətəndaşları şəxsi avtomobillərlə hərəkətdən çəkinməyə çağırırıq.

Tətbiq edilən məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan tədbirin sonunadək qüvvədə olacaq. Tədbir bitdikdən sonra nəqliyyatın hərəkəti adi qaydada bərpa olunacaq”, – deyə məlumatda bildirilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments