Daxili İşlər Nazirliyi “Agent qanunu”na qarşı keçirilən aksiyalarda daha altı iştirakçını həbs edib. Bu barədə Tbilisi Polis Departamentinin direktoru Sulxan Tamazaşvili agentlikdə keçirdiyi brifinqdə bildirib. Tamazaşvilinin sözlərinə görə, saxlanılanların hamısı cinayət qanunvericiliyində nəzərdə tutulan cinayətlərdə, polisə hücum etməkdə və başqasının əmlakına ziyan vurmaqda ittiham olunur.


