Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 9-u bloger Uça Abaşidze həbs olunduqdan sonra onun evinin yaxınlığında toplaşan vətəndaşlar Çavçavadze prospektində yürüş keçirib. Polis 11 vətəndaşı inzibati xəta törətdiklərinə görə həbs edib. Onlardan 5-i imza əsasında azadlığa buraxılıb.
İstintaq xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi 166 və 173-cü maddələrlə aparılır.
Blogger Uça Abaşidze qanunsuz odlu silah və döyüş sursatı almaqda və saxlamaqda ittiham olunur, kibercinayətkarlıq istiqamətində də araşdırmalara başlanılıb. Uça Abaşidze Ortaçaladakı müvəqqəti saxlama təcridxanasına köçürülüb.


