15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaDonald Tramp qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görüb

Donald Tramp qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görüb

ABŞ-da Donald Tramp prezidentliyi dövründə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində bir sıra sərt tədbirlər həyata keçirilib. Cənub sərhədində fövqəladə vəziyyət elan edən Tramp, qanunsuz mühacirlərin deportasiyasını sürətləndirib. Bundan əlavə, ABŞ-da doğulan miqrant uşaqların avtomatik vətəndaşlıq almaq hüququ da ləğv edilib.

Regionpress.ge xəbər verir ki, Tramp, 2025-ci ilin fevral ayından etibarən Meksika və Kanadadan idxal olunan məhsullara 25% gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. “Bu qərar sərhəd təhlükəsizliyini artırmaq və miqrant axınını məhdudlaşdırmaq məqsədi daşıyır,” – deyə o bildirib.

Enerji sektorunun inkişafı üçün neft və qaz hasilatının sürətləndirilməsi barədə əmr verən Tramp, Paris İqlim Sazişindən çıxmaqla bağlı qərar qəbul edib. Bununla yanaşı, ABŞ-ın BMT-nin iqlim dəyişikliyi ilə bağlı maliyyə öhdəliklərinə son qoyulub.

Dünya Səhiyyə Təşkilatına ödənilən illik 500 milyon dollarlıq vəsaiti dayandırdığını bildirən Tramp, bu məbləği 39 milyon dollar ödəyən Çinlə müqayisə edərək ədalətsizlikdən şikayət edib.

2021-ci ilin yanvar ayında Kapitoliyə hücumda iştirak edən 1500-dən çox şəxsin cinayət işlərinin bağlanması barədə əmr verən Tramp, bu şəxslərin azadlığa buraxılacağını elan edib.

Tramp, həmçinin, sələfi Josef Baydenin prezidentlik müddətində məhdud sayda fərman imzaladığını tənqid edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments