“Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz etmək üçün toplaşan vətəndaşlar Birinci Respublika Meydanından Avropa Meydanına doğru yürüş ediblər.
Regionpress.ge məlumat verir ki, mitinq iştirakçıları “Rusiya qanunu yoxdur”, “Yaşasın Gürcüstan” şüarları səsləndirirlər.
Tbilisinin 4 müxtəlif yerindən vətəndaşların qatılacağı sözügedən yürüş “Avropanın marşı – Avropa həftəsində” adlanır.
Nümayişçilərin əsas şüarı: “Bəli, Avropaya! Rusiya qanunlarına yox!”
Qeyd edək ki, Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


