14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeCəmiyyət“Evolution” əməkdaşları ələ salan menecerləri işdən çıxarır-RƏSMİ

“Evolution” əməkdaşları ələ salan menecerləri işdən çıxarır-RƏSMİ

Gürcüstanın ən böyük onlayn kazinosu “Evolution Georgia” işçiləri ələ salan və təhqir edən menecerlərlə əməkdaşlığı dayandırır.

Şirkətdən AzadlıqRadiosuna bildiriblər ki, 20-yə yaxın adam işdən çıxarılıb.

“Oxşar hadisələrin təkrarlanma riskini aradan qaldırmaq üçün bütün əlavə tədbirləri görməyə hazırıq və buna görə də məsələni daha da araşdırmaqda davam edirik”, – şirkətin bəyanatında deyilir.

“Evolution”ın əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 12-də tətilə çıxıblar. Onlar bildirirlər ki, aksiyaya 4000-dən çox işçi qoşulur. Onlarla tələblərdən biri işçiləri ələ salan idarəçilərin işdən çıxarılması idi.

Tətildən əvvəl iyulun 2-də “Broadcaster” onlayn media platformasının Facebook səhifəsində Evolution Georgia-nın bir qrup menecerinin yazışmaları dərc edilib. Yazışmalarda işçiləri kameralar vasitəsilə müşahidə edir və onlara təhqiramiz istinad edirlər – dırnaqlarının uzunluğuna, geyiminə, çəkisinə və ya dərisinin rənginə görə dilerləri ələ salırlar.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments