6.6 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeİqtisadiyyatGirov kimi kommersiya banklarına 111 milyard laridən çox əmlak qoyulub

Girov kimi kommersiya banklarına 111 milyard laridən çox əmlak qoyulub

Kommersiya bankları girov təminatı kimi 111,083 milyard lari məbləğində aktiv əldə edib. Aktivlərin demək olar ki, üçdə biri, 38,624 milyard lari mənzil üçün nəzərdə tutulub.

Regionpress.ge məlumat verir ki, bu barədə kommersiya banklarının 2024-cü ilin birinci rübünün maliyyə hesabatlarında qeyd olunub.

Girov təminatı kimi alınan aktivlərin ən böyük həcmi “TBS Bank”ın hesabındadır – 47,756 milyard lari, ikinci yerdə 42,955 milyard lari ilə “Bank of Georgia”, üçüncü yerdə isə 5,483 milyard lari ilə “Liberty Bank” gəlir.

Xüsusilə mənzil sahəsinə gəlincə, “TBS Bank” və “Bank of Georgia” girov təminatı kimi alınan aktivlərin həcminə görə birinci və ikinci yerləri bölüşürlər. 

Top-5 belə görünür:

  • “Bank of Georgia” – 18,153 milyard lari
  • “TBS Bank” – 15,962 milyard lari
  • “Tera Bank” – 1,222 milyard lari
  • “Baza Bank” – 1,084 milyard lari
  • “Credo Bank” – 981,658 milyon lari

Məlumat üçün bildirək ki, 2023-cü ilin birinci rübündə bazarda ümumilikdə 16 kommersiya bankı fəaliyyət göstərirdi.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments