17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəGömrükçülər külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar ediblər

Gömrükçülər külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar ediblər

Cari ilin son iki həftəsinin məlumatına görə, “Sərfi”, “Kazbegi” və “Saddhlo-Saautomobilo” gömrük-keçid məntəqələrində külli miqdarda bəyan edilməmiş siqaretin ölkə sərhədindən qanunsuz keçirilməsinə cəhd faktları müəyyən edilərək qarşısı alınıb.

Regionpress.ge bildirir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən aparılan baxışlar nəticəsində, ümumilikdə 88 280 qutu bəyan edilməmiş siqaretlər (elektron siqaretlər də daxil olmaqla) aşkar edilib.

“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, sanksiya kimi qanunu pozan vətəndaşlardan mallar müsadirə edilib və onların hər biri 168-ci maddəsinə əsasə 1000 lari məbləğində cərimə edilib.

Gürcüstan Gömrük Məcəlləsinin 31-ci hissəsi ilə qanunu pozan 3 vətəndaşa sanksiya olaraq mallar tamamilə müsadirə edilib və bu əməl dəfələrlə törədildiyi üçün onların hər birinə 3000 lari məbləğində cərimə tətbiq edilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments