Google-un təqdim etdiyi yeni Gemini 2.0 İİ modeli son dərəcə universal olub.
Regionpress.ge xəbər verir ki, o, mətn, səs və şəkillər yaradır, həmçinin yeni multimodal imkanlar təklif edir. Bu, süni intellektin inkişafında növbəti böyük mərhələ – istifadəçini gündəlik əməliyyatlarda əvəz edə biləcək agentlərin yaradılması üçün əsas yaradır. Yeni model həmçinin əvvəlkilərdən daha məhsuldar və enerjiyə qənaətcildir.


