Gürcü döyüşçü Serqo Qornakaşvili Rusiyanın Ukraynadakı hərbi təcavüzü zamanı həlak olub. O, Xarkov istiqamətində döyüşüb.
Məlumatı Ukraynanın xüsusi əməliyyat qüvvələrinin tərkibindəki gürcü qrupunun rəhbəri, podpolkovnik Vano Nadiradze yayıb.
Xatırladaq ki, Rusiya Ukraynada müharibəyə 2022-ci il fevralın 24-də başlayıb. Bu günə qədər 60-dan çox gürcü döyüşçüsü Rusiyanın hərbi təcavüzü nəticəsində həyatını itirib .


