Tbilisidə keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” şahmat klubunun üzvləri Renat Əsgərov və Rəvan Mamedov 5-ci dərəcədə uğurla çıxış edib.
Regionpress.ge məlumat verir ki, Renat Əsgərov 5.5 bal toplayaraq, 5-ci dərəcə oyunlarının ikinci mərhələsini uğurla başa vurub və 4-cü dərəcədə oynamağa vəsiqə qazanıb.
Revan Mamedov isə 4 bal toplayaraq ilk dəfə qatıldığı 5-ci dərəcə oyunlarının ilk mərhələsinin başa vuraraq ikinci mərhələyə vəsiqə qazanıb.
Aysel Ömərova


