Bakıya səfəri çərçivəsində Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə görüş keçirəcək.
Regionpress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze 11-13 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin 29-cu iqlim dəyişikliyi üzrə konfransında (COP29) iştirak edəcək. Bu barədə Gürcüstan hökumətinin Administrasiyasından məlumat verilib.
Konfransda iştirak edən liderləri BMT-nin Baş katibi Antonio Quterreş və Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcəklər.
Bakıya səfəri çərçivəsində Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə şəxsi görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlər sammitində çıxışı, həmçinin müxtəlif mövzularda keçiriləcək dəyirmi masa formatında panel müzakirələrində iştirakı planlaşdırılıb.
“BMT-nin iyirmi doqquzuncu İqlim Dəyişikliyi Konfransı iqlim təsirinin həm humanitar, həm də iqtisadi həyatda qiymətləndirilməsinə yönələcək. Liderlər qlobal istiləşmənin ciddi təsirlərinin qarşısını almaq üçün tullantıların azaldılmasına kömək edəcək praktiki addımları müzakirə edəcəklər,” – Gürcüstan hökumətinin Administrasiyasından bildirilib.


