Gürcüstan liderləri Avropa İttifaqı və NATO-ya daxil olmaq üçün lazım olan çətin islahatlara mane olurlar.
Regionpress.ge xarici KİV-lərə istinadən bildirir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib.
O, bu barədə Vaşinqtonda (Konqres) komitələrdən birində 2024-2025-ci maliyyə ili üçün büdcənin nəzərdən keçirilməsi zamanı çıxış edib.
O`Brayen bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətinə dəfələrlə mesaj verib ki, müxalifətə qarşı zorakılıq, “xarici agent qanunu”, Çin şirkətinə liman müqaviləsi verilməsi Avropaya inteqrasiya yolunu təhlükə altına salır.


