Gürcüstan – xristianlıq uğrunda şəhidlər ölkəsidir və müqəddəsliklərin tapdanması ilə gedən yol məhvedicidir, deyə Patriarxiyanın bəyanatında qeyd olunub.Tbilisinin mərkəzində, parlament binası qarşısında, üzərində İsa Məsihin təsviri olan tabutun yandırılması məqsədyönlü təxribatın və inanclı insanlara qarşı hörmətsizliyin təzahürüdür deyə Gürcüstan Patriarxiyasının bəyanatında bildirilib.
Regionpress.ge xəbər verir ki, etirazçılar dekabrın 9 hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin kuklasının qoyulduğu tabutu Rustaveli prospekti boyunca apararaq ölkənin əsas Yeni il yolkasının önünə yerləşdirib və yandırıblar. Bundan əvvəl onlar yolkanın aşağı budaqlarını və ətrafındakı hasarı zərərçəkən etirazçıların fotoları ilə bəzəyiblər.
“Bugün etiraz aksiyaları ilə paralel olaraq cəmiyyətdə nifrət ən yüksək həddə çatıb. Biz nifrətin son həddinə çatdırılmasının şahidi oluruq. Təəssüf ki, iş hətta gizli rituallara qədər gedib çıxıb və cadugərlik aktı baş verib,” – Patriarxiyanın bəyanatında bildirilir.


