8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəGürcüstan vətəndaşları Çinə vizasız gedib-gələcək-Bu sazişə nələr daxildir?

Gürcüstan vətəndaşları Çinə vizasız gedib-gələcək-Bu sazişə nələr daxildir?

Bu gündən Gürcüstan Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında vizasız gediş-gəliş haqqında əldə olunan saziş qüvvəyə minir.

Regionpress.ge Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Gürcüstan vətəndaşlarının bu il mayın 28-dən Çin Xalq Respublikasına vizasız daxil olmasına və ölkəyə daxil olduqdan sonra 30 gün birdəfəlik orada qalmasına icazə verilir.

Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, nəzərə alınmalıdır ki, Gürcüstan vətəndaşının Çində vizasız qalma müddəti və ölkədə qalma müddəti istənilən 180 günlük müddətdə 90 gündən çox olmamalıdır.

“Gürcüstan vətəndaşının Çin Xalq Respublikasında vizasız qalma müddəti humanitar məqsədlərlə bağlı hallar və fors-major hallar istisna olmaqla, uzadıla bilməz. Bu Saziş Çin Xalq Respublikasının ərazisində 30 gündən artıq qalmağı və ya yaşamaq, işləmək, təhsil almaq və ya media fəaliyyəti ilə məşğul olmaq və ya əvvəlcədən razılıq tələb edən digər fəaliyyətlərlə məşğul olmaq istəyən Gürcüstan vətəndaşlarına şamil edilmir. Belə hallarda Gürcüstan vətəndaşından yola düşməzdən əvvəl müvafiq kateqoriyadan olan viza tələb olunur”,-deyə nazirlik qeyd edib.

Çinə səyahət etmək istəyənlər aşağıdakıları nəzərə almalıdırlar:

Çin Xalq Respublikasının dövlət sərhədini keçərkən yanınızda götürməli olduğunuz səmədlər: etibarlılıq müddəti Çində qalma müddətindən ən azı 6 ay çox olan pasport, otel rezervasiyası və səyahət sığortası.

Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, sərhəd ximdəti şəxsin ölkəyə daxil olması ilə bağlı birtərəfli qaydada qərar vermək hüququnu özündə saxlayır; Çin Xalq Respublikasının ərazisində müxtəlif sosial şəbəkələrdən və mobil platformalardan istifadə məhduddur; Ölkədə elektron ödəniş sistemləri geniş yayılıb – Alipay, WeChat Pay.

Bununla belə, siz yalnız Çin bank kartından istifadə edərək WeChat Pay-də elektron pul kartınızı doldura bilərsiniz. Alipay həmçinin istənilən xarici kartdan istifadə etməklə yüklənə bilər;

Çin Xalq Respublikasında cinayət törədildikdə, Gürcüstan vətəndaşı Çin qanunvericiliyinin müddəalarına tabedir.

Gürcüstanın Konsulluq Xidməti qanunla verilmiş səlahiyyətlər çərçivəsində vətəndaşlara yardım göstərir;

Çin Xalq Respublikasında müvafiq xidmətlərlə əvvəlcədən razılaşdırılan hallar istisna olmaqla, hərbi, dövlət və xüsusi təyinatlı binaların foto və video çəkilişləri qadağandır.

“Gürcüstan və Çin hökuməti arasında adi pasport sahiblərinin qarşılıqlı viza tələblərindən azad edilməsi haqqında” saziş 2024-cü il aprelin 10-da imzalanıb. Sənədi Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çjou Tszyan imzalayıblar”, – Xarici İşlər Nazirliyi əlavə edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments